9 mart 2024 at 20:28
Jurnalist kodu: 5561
Xəbər kodu: 85413405
T T
0 Persons

Tags

Sionist hərbi bazası Hizbullahın yeni raket hücumları altında

9 mart 2024 at 20:28
Xəbər kodu: 85413405
Sionist hərbi bazası Hizbullahın yeni raket hücumları altında

Tehran – İRNA - Livan Hizbullahı bu gün (şənbə) sionist rejimin mövqelərinə hücumlarının davamı olaraq, işğal altındakı Şəba və Margaliot bölgəsindəki İsrail hərbi bazasına raket zərbəsi endirib.

Livan Hizbullahı Ezba əl-Cəlil bölgəsinə doğru raket atıb və sözügedən raket Margaliot bölgəsinə düşüb.

Bu hücumda Honin bazası ətrafındakı işğalçıların hərbi hədəfi də Livan müqavimət raketləri ilə vurulub.

Türkiyənin Anadolu xəbər agentliyi bu hücumdan sonra işğal olunmuş ərazilərin şimalında sionistlərin Kiryat Şmone, Margaliot, əl-Manara və Miskaf Aam qəsəbələrində həyəcan təbili çaldığını bildirib.

Bundan əvvəl Hizbullah raketi işğal altındakı Şəba bölgəsindəki hərbi bazanı vurmuşdu.

Hizbullahın bu hücumundan sonra sionist təyyarələri Livanın cənubundakı Ramyə kəndi ətrafını hədəfə alıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .